...

Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti yol qəzasında ölüb

Hadisə Materials 28 Mart 2011 11:03 (UTC +04:00)
Şəmkir rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, martın 27-də gecə saatlarında rayonun 20 yanvar küçəsində 10 RE 467 nömrə nişanlı "Mersedes" markalı avtomobil yoldan çıxıb və yolun kənarındakı ağaca dəyərək aşıb.
Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti yol qəzasında ölüb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti yol qəzasında ölüb.

Şəmkir rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, martın 27-də gecə saatlarında rayonun 20 yanvar küçəsində 10 RE 467 nömrə nişanlı "Mersedes" markalı avtomobil yoldan çıxıb və yolun kənarındakı ağaca dəyərək aşıb.

Nəticədə avtomobilin sürücüsü və sərnişini Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin qərargah rəisi, mayor Nəsimi Xasay oğlu Xankişiyev və rabitə bölüyünün rəis müavini, mayor Tahir Bəhram oğlu Məmmədov qəza zamanı dünyalarını dəyişiblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöbədən verilən məlumata görə, qəzaya səbəb avtomobilin idarəetməsinin itirilməsi olub.

Xəbər lenti

Xəbər lenti