...

Metroda telefon oğurlayan şəxs yaxalanıb

Hadisə Materials 8 Aprel 2011 10:46 (UTC +04:00)
Metroda telefon oğurlayan şəxs yaxalanıb. Bu barədə cümə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.
Metroda telefon oğurlayan şəxs yaxalanıb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Hacıyev/

Metroda telefon oğurlayan şəxs yaxalanıb. Bu barədə cümə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, aprelin 7-si saat 18:15 radələrində metronun "28 May" stansiyasında Lamiyə Hüseynovanın əl çantasından mobil telefon oğurlayan, əvvəllər məhkum olunmuş Ziyad Salamov Bakı şəhər Baş Polis İdarəsinin Metropolitenin mühafizəsi üzrə polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti