...

Azərbaycanda mənzillərdən oğurluq edən Türkiyə vətəndaşları tutulub

Hadisə Materials 18 Aprel 2011 13:37 (UTC +04:00)
Azərbaycanda mənzillərdən oğurluq edən Türkiyə vətəndaşları tutulub.
Azərbaycanda mənzillərdən oğurluq edən Türkiyə vətəndaşları tutulub

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda mənzillərdən oğurluq edən Türkiyə vətəndaşları tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-da oğurluq etdiklərinə görə tutulmuş Türkiyə vətəndaşları Kenan Əzəl Abidin oğlu, Caner Korkmaz Çengiz oğlu və Çengiz Korkmaz Qahraman oğlunun ətraflarında DİN Baş Cinayət-Axtarış İdarəsi, Göyçay rayon polis şöbəsi və Ucar rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onların 7 nəfərin mənzilindən külli miqdarda oğurluq etdiyi müəyyən edilib.

Məlum olub ki, onlar Akif Rəhimovun evindən 10 500 manat, Nizami Mürsəliyevin evindən 1780 manat, 500 manat dəyərində qızıl əşyaları, 1 ədəd videomaqnitofon və peyk antenasının başlığı, Nurməmməd Verdiyevin evindən 260 manat pul və qızıl əşyalarını, Elnur Qafarovun evindən qızıl əşyalarını, Cəlal Rəhimovun evindən 15 000 manat və 3400 manat dəyərində qızıl əşyalarını, Adəm İbarhimovun evindən qızıl əşyalarını və Əlipaşa Əliyevin evindən 3000 manat dəyərində qızıl əşyalarını oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti