...

Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib

Hadisə Materials 19 Aprel 2011 12:04 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib.
Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin Trend-ə bildirdiyinə görə, Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə xidmət edən 19 yaşlı Orxan Nəriman oğlu Babayev xəstəlikdən vəfat edib.

Babayev bu ilin yanvarında Ordubad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Faktla bağlı Naxçıvan MR-in Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti