...

Dövlət Yol Polisi Bakı-Quba yolunda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 25 Aprel 2011 12:15 (UTC +04:00)
Bakı-Quba yolunda baş vermiş ağır yol qəzası ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi rəsmi məlumat yayıb.
Dövlət Yol Polisi Bakı-Quba yolunda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Quba yolunda baş vermiş ağır yol qəzası ilə bağlı Respublika Baş Dövlət Yol Polisi İdarəsi rəsmi məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, aprelin 24-də saat 23:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt ərazisindən keçən 42,8-ci kilometrliyində 3 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Sumqayıt şəhər sakini 30 yaşlı Sultanov Əfqan Firudin oğlunun idarə etdiyi "VAZ-21120" markalı, 10-MO-114 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhər sakini 29 yaşlı Şeydayev Elşən Rafiq oğlunun idarə etdiyi "Mersedes" markalı, 90-EK-712 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə "VAZ-21120" markalı avtomobilin sürücüsü və sərnişinləri, Sumqayıt şəhər sakinləri - 23 yaşlı Əliyeva Aybəniz Şərafət qızı və 25 yaşlı Rəhimov Rafiq Mehdi oğlu hadisə yerində ölüb, digər sərnişinlər - Quba rayon sakini 30 yaşlı Kərimov Rüfət Teymur oğlu, Bakı şəhər sakini 32 yaşlı Nağıyeva Aytən Vaqif qızı, Siyəzən rayon sakini 23 yaşlı Rəhmanov Vasif Fazil oğlu, həmçinin "Mersedes" markalı avtomobilin sürücüsü və sərnişini 26 yaşlı Şeydayev Raiq Rafiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti