...

Bakıda ər arvadının başını kəsib

Hadisə Materials 29 Aprel 2011 15:13 (UTC +04:00)
Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün saat 12 radələrində rayonunb Vahid Nəbi oğlu Məmmədov Sahil qəsəbəsi Zahiq Qasımov küçəsi 46/3 ünvanında yaşayan baldızıgilə gələrək orada olan arvadı Yazgül Əhməd qızı Məmmədova ilə mübahisə etməyə başlayıb.
Bakıda ər arvadının başını kəsib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Qaradağ rayonunda ər arvadının başını kəsib.

Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün saat 12 radələrində Vahid Nəbi oğlu Məmmədov Sahil qəsəbəsi Zahiq Qasımov küçəsi 46/3 ünvanında yaşayan baldızıgilə gələrək orada olan arvadı Yazgül Əhməd qızı Məmmədova ilə mübahisə etməyə başlayıb.

Mübahisə zamanı ər bıcaqla arvadının başını kəsib. Məmmədova hadisə yerində keçinib.

Mübahisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, Məmmədov həbs edilib.

Xəbər lenti

Xəbər lenti