...

Ukraynada on minlərlə hind xoruzu tələf olub

Hadisə Materials 14 İyul 2011 11:55 (UTC +04:00)
Ukraynanın kəndində 24 449 hind xoruzu tələf olub. Trend-in məlumatına görə, bu barədə Ukrayna FHN-in mətbuat xidməti xəbər verib.
Ukraynada on minlərlə hind xoruzu tələf olub

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Ukraynanın kəndində 24 449 hind xoruzu tələf olub. Trend-in məlumatına görə, bu barədə Ukrayna FHN-in mətbuat xidməti xəbər verib.

FHN-də dəqiqləşdiriblər ki, bu, Donetsk vilayətinin Slavyanskaya rayonunun Aleksandrovka kəndində iyulun 8-dən 13-dək "Svitanok" aqrofirmasının ("Zasyadko adına Mədən" DM-nin filialı) ərazisində baş verib. İnterfaks yazır.

Quşların məhv olmasına səbəb onlara verilən yem qarışığında toksinlərin konsentrasiyasının yol verilən həddən 3-3,2 dəfədən çox olması olub.

Xəbər lenti

Xəbər lenti