...

Bakıda Britaniya vətəndaşını soyan şəxs yaxalanıb

Hadisə Materials 15 İyul 2011 17:02 (UTC +04:00)
Bakıda Britaniya vətəndaşını soyan şəxs yaxalanıb.
Bakıda Britaniya vətəndaşını soyan şəxs yaxalanıb

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Bakıda Britaniya vətəndaşını soyan şəxs yaxalanıb. Trend-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 30-da saat 22:00 radələrində Nəsimi rayonu ərazisində - Nizami küçəsindəki yeraltı keçidin girişində naməlum şəxs Böyük Britaniya vətəndaşı Marqarit Hamiltonun içərisində 50 manat, mobil telefonu və mənzilinin açarları olan çantasını əlindən alaraq qaçıb.

DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən - əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Mirbəhruz Kərimov iyulun 14-də müəyyən edilərək tutulub.

Xəbər lenti

Xəbər lenti