...

Bakıda qardaşoğlu əmisini qətlə yetirib

Hadisə Materials 18 İyul 2011 10:34 (UTC +04:00)
Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Rəsulzadə qəsəbəsi, Bəhlulzadə küçəsi 1, mənzil 1-də yaşayan 16 yaşlı Elvin Sarıyev mübahisə zəminində əmisi, 1968-ci il təvəllüdlü Rizvan Sarıyevi ürəyindən bıçaqlayıb.
Bakıda qardaşoğlu əmisini qətlə yetirib

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qardaşoğlu əmisini qətlə yetirib.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Rəsulzadə qəsəbəsi, Bəhlulzadə küçəsi 1, mənzil 1-də yaşayan 16 yaşlı Elvin Sarıyev mübahisə zəminində əmisi, 1968-ci il təvəllüdlü Rizvan Sarıyevi ürəyindən bıçaqlayıb.

Məlumata görə, hadisə Rizvan Sarıyev sərxoş vəziyyətdə qardaşı Mahir Sarıyevlə mübahisə edərkən baş verib.

Baş vermiş hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti