...

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri batma təhlükəsi ilə üzləşmiş 5 nəfəri xilas edib

Hadisə Materials 20 İyul 2011 13:43 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dənizdə batan 5 nəfəri xilas edib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri batma təhlükəsi ilə üzləşmiş 5 nəfəri xilas edib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dənizdə batan 5 nəfəri xilas edib.

Trend-in nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, Xəzər dənizinin Nardaran sahillərində, dənizin nəzarət olunmayan hissəsində batma təhlükəsi ilə üzləşmiş 2, Mingəçevir su anbarının nəzarət olunan hissəsində batma təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Xəzər dənizinin Mərdəkan sahillərində batdığı ehtimal olunan 1, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Həsənqaya kəndindən keçən hissəsində batdığı ehtimal olunan 1 nəfərin axtarışları aparılır.

Xaçmaz rayonu Həsənağa kəndində gölün nəzarət olunmayan hissəsində batmış 1965-cı il təvəllüdlü Rəsulov Feyzulla Ələsgər oğlunun cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti