...

Bakı Dəmiryol Vağzalına bomba qoyulması barədə polisə yalan məlumat verən şəxs saxlanılıb

Hadisə Materials 20 İyul 2011 16:36 (UTC +04:00)
Bakı Dəmiryol Vağzalına bomba qoyulması barədə polisə yalan məlumat verən şəxs saxlanılıb.
Bakı Dəmiryol Vağzalına bomba qoyulması barədə polisə yalan məlumat verən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Dəmiryol Vağzalına bomba qoyulması barədə polisə yalan məlumat verən şəxs saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytina istinadən verdiyi məlumata görə, iyulun 19-da saat 12:19 radələrində naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng edərək əvvəlcə "Toyota" markalı avtomaşının içərisində mina olması, sonra isə Bakı Dəmiryol Sərnişin Vağzalına bomba qoyulması barədə məlumat verib.

Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, dərhal əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində zəng edilən telefon nömrəsinin Qaradağ rayonu ərazisində yaşayan Laçın rayon sakini Seymur Kəlbalıyevə məxsus olması, yalan məlumatın isə onun qohumu, Pirallahı qəsəbə sakini 18 yaşlı Ağalar Heydərov tərəfindən verilməsi müəyyən edilib.

Heydərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti