...

Hacıqabulda yol qəzası nəticəsində iki nəfər ölüb

Hadisə Materials 25 İyul 2011 12:53 (UTC +04:00)
Hacıqabulda yol qəzası nəticəsində iki nəfər ölüb. Bu barədə bazar ertəsi Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Hacıqabulda yol qəzası nəticəsində iki nəfər ölüb

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Hacıqabulda yol qəzası nəticəsində iki nəfər ölüb. Bu barədə bazar ertəsi Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, iyulun 24-də saat 16:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Atbulaq kəndi ərazisindən keçən 87-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib. Zərdab rayon sakini, 1977-ci il təvəllüdlü Zaur Məhərrəmovun idarə etdiyi "Mercedes-Benz" markalı, 10-XJ-387 dövlət qeydiyyat nişanlı avtomobili aşırması nəticəsində avtomobildəki sərnişinlər, Zərdab rayon sakinləri 1959-cu il təvəllüdlü Məleykə İsmayılova və 1952-ci il təvəllüdlü Qətibə Əhmədova hadisə yerində ölüb, sürücü və digər sərnişinlər, 1953-cü il təvəllüdlü Nazilə Məmmədova, 1968-ci il təvəllüdlü Şəlalə Məmmədova xəsarət alaraq xəstəxanaya çatdırılıblar, vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti