...

Mərakeşdə təyyarə qəzası nəticəsində 78 nəfər həlak olub

Hadisə Materials 26 İyul 2011 18:09 (UTC +04:00)
Mərakeşdə "Lockheed C-130 Hercules" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 78 nəfər həlak olub, 3 nəfər ciddi xəsarət olub.
Mərakeşdə təyyarə qəzası nəticəsində 78 nəfər həlak olub

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Mərakeşdə "Lockheed C-130 Hercules" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 78 nəfər həlak olub, 3 nəfər ciddi xəsarət olub. Trend-in məlumatına görə, bu barədə "Royter" agentliyi Mərakeş ordusunun nümayəndəsinə istinadən xəbər verir. Məlumatı RİA Novosti yayıb.

Əvvəlcə 30 nəfərin həlak olması barədə məlumat verilmişdi.

Təyyarə ölkə paytaxtı Rabat şəhərindən 700 km cənubda yerləşən Qulimin şəhəri yaxınlığında eniş edən zaman dağa çırpılıb. Təyyarə Qulimindəki hərbi aerodroma uçurmuş. İlkin məlumatlara görə, qəzaya səbəb pis hava şəraiti, xüsusilə, duman olub.

Xəbər lenti

Xəbər lenti