...

Azərbaycan Ordusunun yol qəzasına düşən giziri hospitalda dünyasını dəyişib

Hadisə Materials 28 İyul 2011 10:13 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, bir neçə gün öncə Bakı-Astara yolunda, Salyan rayonu ərazisində iki avtomobil toqquşmuşdu.
Azərbaycan Ordusunun yol qəzasına düşən giziri hospitalda dünyasını dəyişib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Milli Ordunun yol qəzasına düşən giziri hospitalda dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, bir neçə gün öncə Bakı-Astara yolunda, Salyan rayonu ərazisində iki avtomobil toqquşmuşdu.

Qəza nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti leytenant Rauf Qasımov və gizir Əhməd Əliyev ağır bədən xəsarətləri ilə hospitala yerləşdirilmişdilər.

40 yaşlı Əliyev aldığı xəsarətlərdən dünən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə məlumatı təsdiqləyib. Bildirib ki, xəsarət almış leytnantın vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti