...

Nabranda istirahət mərkəzində qətl törədən şəxs tutulub

Hadisə Materials 29 İyul 2011 12:44 (UTC +04:00)
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nabranda istirahət mərkəzində qətl törədən şəxs tutulub

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Nabranda istirahət mərkəzində qətl törədən şəxs tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 29-da saat 02:00 radələrində Bakı şəhər sakini, 1992-ci ildə anadan olmuş Camallı Saqi Səxavət oğlu Xaçmaz rayonunun Nabran kəndində yerləşən "Lotos" istirahət mərkəzinin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1991-ci ildə anadan olmuş Xaçmaz rayonunun Nabran kənd sakini İlyasbekov Faid Abrik oğluna bıçaqla xəsarət yetirib.

İlyasbekov aldığı xəsarətdən Xudat rayon xəstəxanasında ölüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Saqi Camallı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xəbər lenti

Xəbər lenti