...

Gürcüstanda azərbaycanlıların məskunlaşdığı Qəbələ kəndinin orta məktəbinin direktoru həbs olunub

Hadisə Materials 29 İyul 2011 16:45 (UTC +04:00)
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Laqodex rayonunun əhalisi azərbaycanlılardan ibarət olan Qəbələ kəndinin (Şərqi Gürcüstan, Kaxeti regionu) bir saylı ümumtəhsil məktəbinin direktoru Amit Əliyevi saxlayıblar.
Gürcüstanda azərbaycanlıların məskunlaşdığı Qəbələ kəndinin orta məktəbinin direktoru həbs olunub

Gürcüstan, Tbilisi, 29 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Laqodex rayonunun əhalisi azərbaycanlılardan ibarət olan Qəbələ kəndinin (Şərqi Gürcüstan, Kaxeti regionu) bir saylı ümumtəhsil məktəbinin direktoru Amit Əliyevi saxlayıblar. Onun barəsində artıq iki aylıq həbs cəzası kəsilib.

"Mən Amit Əliyevin həbsini təsdiqləyirəm, lakin bunun dəqiq səbəbinin nə olduğunu bilmirəm", - Trend-in məlumatına görə, Kaxeti İnformasiya Mərkəzinə müsahibəsində Laqodexi Tədris Resurs Mərkəzinin rəhbəri Manana Çikvaidze bildirib.

Dəqiqləşdirilməmiş məlumata görə, Əliyev attestatların saxtalaşdırılmasında günahlandırılır. İş Qurcaani prokururluğunda araşdırılır.

Xəbər lenti

Xəbər lenti