Azərbaycan, Bakı, 2 avqust /Trend/
Sumqayıtda silahlı mübahisə edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, iyulun 31-də Sumqayıt şəhərindəki "Həyat" şirkətinin ərazisində oranın sahibi Kamil Abbasovla ona pul borcu olan Sabitlik və İnkişaf Mərkəzinin sədri, Bakı şəhər sakini Rasim Məmmədov arasında münaqişə baş verib. Bu zaman onlar bir-birini silahla hədələyib, Abbasov Məmmədovu döymüş, ona məxsus "Toyota Lexus" markalı avtomaşına qismən ziyan vurub.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abbasov və Məmmədov saxlanılıblar. Abbasovdan 1 ədəd "Vinçester" markalı tüfəng və 1 ədəd pnevmatik tapança, Məmmədovdan isə 1 ədəd pnevmatik tapança götürülüb.
Sumqayıtda silahlı mübahisə edənlər saxlanılıb
Sumqayıtda silahlı mübahisə edənlər saxlanılıb