Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Göygöl rayonunda ağır yol qəzası olub, bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 18-də saat 03:00 radələrində Göygöl şəhərində, Gəncə şəhər sakini Anar Qafarov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu yolun əks istiqamətinə aşırıb.
Bu zaman həmin istiqamətdə hərəkətdə olan "VAZ-2104" markalı avtomaşının sürücüsü, Gəncə şəhər sakini Kəyan Əsgərov idarəetməni itirərək, avtomaşınını yolun kənarındakı ağaca vurub.
Nəticədə Qafarovun sərnişini Xəyal Əmirxanov hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişinləri Günel Əhmədova, Əli Qoşqarov, habelə Kəyan Əsgərov və sərnişini Pərvanə Əliyeva xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.