...

Saxta tələbə bileti satan Bakı sakini barəsində cinayət işi başlanıb

Hadisə Materials 2 Sentyabr 2011 12:58 (UTC +04:00)
Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.
Saxta tələbə bileti satan Bakı sakini barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Saxta tələbə bileti satan Bakı şəhər sakini barəsində cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Bakı şəhər sakini Faiq İbrahimov, 2008-ci ilin avqust ayının 18-də Balakən rayon sakini Günay Şindiyevaya 6000 manata saxta bilet satıb.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti