...

Ermənistan Yol Polisinin keçmiş rəisi korrupsiya faktına görə həbs olunub

Hadisə Materials 3 Sentyabr 2011 11:30 (UTC +04:00)
Ermənistan Yol Polisinin keçmiş rəisi həbs olunub
Ermənistan Yol Polisinin keçmiş rəisi korrupsiya faktına görə həbs olunub

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Ermənistanın Xüsusi Təhqiqat Xidməti ölkənin Yol Polisinin keçmiş rəisi, polkovnik Marqar Ohanyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 308.2-ci və 179.3.1-ci maddəsi üzrə vəzifədən sui-istifadə və külli miqdarda vəsaitin oğurlanması ittihamlarını irəli sürüb. Məhkəmə qabaqlayıcı tədbir kimi onun həbs olunmasına qərar verib. Trend-in məlumatına görə, bu barədə Tert.am Xüsusi Təhqiqat Xidmətinə istinadən xəbər yayıb.

Ohanyan avqustun 31-də saxlanılıb.

O, həmçinin Ermənistan Yol Polisinin rəisi Alik Sarkisyanın əmri ilə tutduğu vəzifədən azad olunub və polisin ehtiyat kadrlarına keçirilib.

Xəbər lenti

Xəbər lenti