...

Bakı şəhər Baş Polis İdarəsi avtobusların toqquşması ilə bağlı məlumat yayıb

Hadisə Materials 10 Sentyabr 2011 11:15 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsi dünən baş vermiş yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Bakı şəhər Baş Polis İdarəsi avtobusların toqquşması ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər Baş Polis İdarəsi dünən baş vermiş yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, sentyabrın 9-u saat 15:10 radələrində Böyük Şor şosesində Əbdüləzim Əliyevin idarə etdiyi 89 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusla Fərrux Musayevin idarə etdiyi "Mersedes" markalı mikroavtobus toqquşub.

Nəticədə mikroavtobus sürücüsü Musayev hadisə yerində ölüb, "Daewoo"nun sərnişinləri Asim Əsgərov, Əhəd Kazımov, Ülkər Xəlilova, Aynurə Məmmədzadə və Ruhiyyə Vəliyeva 3 saylı xəstəxanaya yerləşdirilub.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti