...

Azərbaycan Ordusunun əsgəri ölüb

Hadisə Materials 12 Sentyabr 2011 10:28 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib
Azərbaycan Ordusunun əsgəri ölüb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib.

Hərbi mənbədən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Yevlax rayonundakı N saylı hərbi hissəsində xidmət edən 1988-ci il təvəllüdlü Pərviz Abbasov hospitalda pnevmoniyadan dünyasını dəyişib.

Abbasov 2010-cu ilin aprelində Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə məlumatı təsdiq ediblər.

Respublika Hərbi Prokurorluğundan Trend-ə verilən məlumata görə, əsgərin ölüm faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə Qarabağ Hərbi Prokurorluğunda cinayət işi başlanıb və zəruri istintaq tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti