...

Ağdaşda avtomobil qəzasında 7 yaşlı uşaq ölüb

Hadisə Materials 15 Sentyabr 2011 13:20 (UTC +04:00)
Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə cümə axşamı Trend-ə Daxili İşlər Naziliyinin mətbuat xidmətindən məlumat verilib.
Ağdaşda avtomobil qəzasında 7 yaşlı uşaq ölüb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir T.Hacıyev/

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə cümə axşamı Trend-ə Daxili İşlər Naziliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatına görə, hadisə sentyabrın 14-də saat 15:00 radələrində rayonun Binələr kəndi ərazisində baş verib. Nehrəxəlil kənd sakini İbrahim İsmayılov "VAZ-21011" markalı avtomaşını idarə edərkən kənd sakini 7 yaşlı Haviyyə Əhmədovanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Əhmədova orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti