...

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Hadisə Materials 17 Sentyabr 2011 10:50 (UTC +04:00)
Bakıda iyulda avtomobil qaçıran şəxs saxlanılıb.
Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda iyulda avtomobil qaçıran şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyulun 4-nə keçən gecə Çaykovski küçəsində yaşayan Rizvan Babayevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb və maşın Ziya Bünyadov prospektində tapılıb.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nikolay Stepanov sentyabrın 16-da yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti