...

QİÇS-lə Mübarizə Mərkəzinin laboratoriyasından oğurluq edən şəxs tutulub

Hadisə Materials 17 Sentyabr 2011 14:01 (UTC +04:00)
QİÇS-lə Mübarizə Mərkəzinin regional laboratoriyasından oğurluq edən şəxs tutulub.
QİÇS-lə Mübarizə Mərkəzinin laboratoriyasından  oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

QİÇS-lə Mübarizə Mərkəzinin regional laboratoriyasından oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, senyabrın 15-də Respublika QİÇS-lə Mübarizə Mərkəzinin regional laboratoriyasından 1 ədəd surətçıxaran aparat və 6 qutu test sistemləri oğurlanıb.

Yevlax rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Allahverdi Ocayev tutulub.

Onun sentyabrın 14-də Səidə İsmayılovanın evindən qızıl əşyaları oğurladığı da məlum olub.

Xəbər lenti

Xəbər lenti