...

Bakı-Qazax yolunda ağır yol qəzası: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Hadisə Materials 19 Sentyabr 2011 15:00 (UTC +04:00)
Bakı-Qazax yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bakı-Qazax yolunda ağır yol qəzası: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Qazax yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məliumata görə, Kürdəmir rayonunda, Bakı-Qazax avtomobil yolunun 168-ci kilometrliyində (rayon mərkəzindən 32 km aralı) "Mitsubishi" markalı minik avtomobili aşıb.

Nəticədə üç sərnişin yaralanıb, sərnişin - 1961-cı il təvəllüdlü Məsimov Fazil Qəhrəman oğlu və sürücü - 1986-cı il təvəllüdlü Əhmədov Elşən Sübhan oğlu həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə Əhmədovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti