...

Bakıda 71 yaşlı kişi naməlum avtomobillə vurulub

Hadisə Materials 20 Sentyabr 2011 10:22 (UTC +04:00)
Qəzanı törədən sürücü və avtomobilin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Bakıda 71 yaşlı kişi naməlum avtomobillə vurulub

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 71 yaşlı kişi naməlum avtomobillə vurulub.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən gecə saat 23:00 radələrində rayonun "Balaxanı qarajı" adlanan ərazisində naməlum avtomobil 1940-cı il təvəllüdlü Məhərrəmov Qadir Əli oğlunu vurub. Məhərrəmov xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən sürücü və avtomobilin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti