...

Bakıda Mərkəzi Univermağa bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb

Hadisə Materials 20 Sentyabr 2011 12:12 (UTC +04:00)
Bakıda Mərkəzi Univermağa partlayıcı qurğu qoyulması ilə bağlı məlumat təsdiqini tapmayıb.
Bakıda Mərkəzi Univermağa bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Mərkəzi Univermağa partlayıcı qurğu qoyulması ilə bağlı məlumat təsdiqini tapmayıb.

Trend-in FNH-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda yerləşən "Mərkəzi Univermaq" ASC-nin binasına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin binada şübhəli əşya aşkar etməyiblər.

Xəbər lenti

Xəbər lenti