...

Bakıda Türkiyə vətəndaşının sifarişi ilə avtomobil qaçıran şəxslər saxlanılıblar

Hadisə Materials 20 Sentyabr 2011 13:32 (UTC +04:00)
Bakıda Türkiyə vətəndaşının sifarişi ilə avtomobil qaçıran şəxslər saxlanılıb.
Bakıda Türkiyə vətəndaşının sifarişi ilə avtomobil qaçıran şəxslər saxlanılıblar

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Türkiyə vətəndaşının sifarişi ilə avtomobil qaçıran şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Binəqədi rayonu ərazisindən Qasım Tanrıverdiyə məxsus "Ford" markalı avtomaşını qaçırmış şəhər sakinləri Fariz Hüseynov və Xəqani Hacıyev tutulublar.

Araşdırmalar zamanı avtomaşının Türkiyə vətəndaşı Şirket Korkmazın sifarişi ilə qaçırıldığı müəyyən edilib.

Korkmaz izahatında Tanrıverdiyevin ona borclu olduğu pulu verməməsi ilə əlaqədar avtomaşını qaçırmağı sifariş etməsini etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti