Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Çərşənbə axşamı Türkiyə paytaxtında baş vermiş partlayış terror aktı olub. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti hadisə yerində təhqiqat aparan Baş prokurorluğa istinadən yazır.
Partlayış nəticəsində üç nəfər ölüb, 20 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.
Polis bu rayonda təkrar partlayışdan ehtiyat edir.