...

Bakı polisi terror barədə yalan məlumat verən iki nəfəri saxlayıb

Hadisə Materials 28 Sentyabr 2011 12:51 (UTC +04:00)
İmişli rayon polis şöbəsinə bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.
Bakı polisi terror barədə yalan məlumat verən iki nəfəri saxlayıb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

İmişli rayon polis şöbəsinə bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, sentyabrın 27-də saat 10:58-də naməlum şəxs Nəsimi rayonu ərazisindəki taksofondan nazirliyin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102 Zəng Mərkəzi"nə zəng edərək İmişli rayon polis şöbəsinə qumbara qoyulması barədə məlumat verib.

Müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nəsimi rayon Polis İdarəsinin 19-сu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumat vermiş Bərdə rayon sakini 1988-ci il təvəllüdlü Şahlar Həsənov tutulub.

Sentyabrın 20-də "AzEuroTel"ə bomba qoyulması barədə bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Murad İsgəndərov da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Xəbər lenti

Xəbər lenti