...

Bakıda piyada avtomobilin zərbəsindən divara dəyərək ölüb (VİDEO)

Hadisə Materials 1 Dekabr 2011 15:30 (UTC +04:00)
Bakıda piyada avtomobilin zərbəsindən divara dəyərək ölüb (VİDEO)
Bakıda piyada avtomobilin zərbəsindən divara dəyərək ölüb (VİDEO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda piyada avtomobilin zərbəsindən divara dəyərək ölüb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə axşamı Trend-ə bildirib ki, noyabrın 29-da paytaxtın Səməd Vurğun küçəsi ilə Hənifə Ələsgərova küçəsinin kəsişməsində işıqforun qırmızı işığında keçən avtomobil başqa istiqamətdə hərəkət edən digər avtomobillə toqquşub və yolun hərəkət zolağında olan piyadanı vurub. Piyada avtomobilin zərbəsindən 10 metr kənarda divara dəyib və nəticədə yerindəcə ölüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

Bu ilin yanvarından noyabrın 12-ə qədər Bakıda qeydə alınan yol qəzalarının 51 faizi piyadaların vurulması ilə bağlı olub.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti