...

Gəncədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Hadisə Materials 2 Dekabr 2011 12:17 (UTC +04:00)
Dekabrın 2-ə keçən gecə saat 01.00 radələrində Gəncədə baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər zəhərlənib
Gəncədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.Mehdiyev/

Dekabrın 2-ə keçən gecə saat 01.00 radələrində Gəncədə baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, Gəncə şəhəri ərazisində, şəhər sakini Rüstəm Quliyevin idarə etdiyi "VAZ-21074" və Türkiyə vətəndaşı Zafer Pektaşın idarə etdiyi "Volvo" markalı avtomaşınlar toqquşub. Nəticədə, R.Quliyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Fəridə Əsgərova, Əsgər Süleymanov və İslam Əmirzadə isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti