...

Abşeronda yerləşən ət kombinatındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 3 Dekabr 2011 11:06 (UTC +04:00)
Abşeron rayonunda yerləşən ət kombinatındakı yanğın söndürülüb(ƏLAVƏ OLUNUB-2)
Abşeronda yerləşən ət kombinatındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Sonuncu abzas əlavə olunub. (İlk xəbər 10:21-də yayılıb)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Abşeron rayonunda yerləşən ət kombinatındakı yanğın söndürülüb.

Abşeron Rayon Yanğından Mühafizə İdarəsindən Trend-ə bildirilib ki, bu gün səhər saatlarında kombinatda başlayan yanğın az öncə söndürülüb. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

Yanğın sexlərdən birindəki soyuducuda başlayıb və böyük bir ərazini əhatə edib.

Yanğın zamanı dəyən ziyan və hadisənin səbəbi araşdırılır. İlkin məlumata görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Xəbər lenti

Xəbər lenti