...

Avtomaşın qaçırdığına görə tutulmuş şəxslərin digər cinayət əməlləri də müəyyən edilib

Hadisə Materials 3 Dekabr 2011 12:33 (UTC +04:00)
Avtomaşın qaçırdığına görə tutulmuş şəxslərin digət cinayət əməlləri də müəyyən edilib.
Avtomaşın qaçırdığına görə tutulmuş şəxslərin digər cinayət əməlləri də müəyyən edilib

Azərbaycan, Bakı, 3 dekabr / Trend müxbir E.Mehdiyev/

Avtomaşın qaçırdığına görə tutulmuş şəxslərin digət cinayət əməlləri də müəyyən edilib.

DİN-nin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, avtomaşın qaçırdığına görə, dekabrın 1-də Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulmuş İbrahim Səttərovun Bakı şəhər sakinləri Ümid Kərimov, Elşən Rəhimov və Aydın Quliyev ilə birgə Əhməd Həsənova məxsus "Toyota Prado" markalı avtomaşını qaçırmaları, Vaqif Hacıyevə, Məmməd Əliyevə məxsus avtomaşınlardan oğurluq etmələri, Fəqan Nəsirova məxsus avtomaşından isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Məlumatda qeyd olunur ki, Ü.Kərimov, E.Rəhimov və A.Quliyev tutulmuş, onların cari il noyabr ayının 28-nə keçən gecə Bakı şəhər sakini Kamran Əhmədova məxsus "Hyundai Santa Fe" markalı avtomaşından oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti