...

Azərbaycanda dəm qazından bir nəfər ölüb, 7 nəfər zəhərlənib

Hadisə Materials 3 Dekabr 2011 13:12 (UTC +04:00)
Ötən gün Azərbaycanda dəm qazından bir nəfər ölüb, 7 nəfər isə zəhərlənib.
Azərbaycanda dəm qazından bir nəfər ölüb, 7 nəfər zəhərlənib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.Mehdiyev/

Ötən gün Azərbaycanda dəm qazından bir nəfər ölüb, 7 nəfər isə zəhərlənib.

DİN-in mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, dekabrın 2-də Bakının Nizami rayonu ərazisində yaşayan Viktoriya Yevtuşenko dəm qazından zəhərlənərək ölüb.

Məlumatda qeyd olunur ki, dekabrın 2-də Şirvan şəhər sakinləri Rza Bağırov, arvadı Həqiqət və qızı Cəmilə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətləri qənaətbəxşdir.

Bundan əlavə, dekabrın 2-də Sumqayıt şəhər sakini Sənan Abdullayev, Pərvin Dadaşova, Sevinc Ağayeva və Xırdalan şəhər sakini Elnarə Aslanova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Xəbər lenti

Xəbər lenti