Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda mənzildən külli miqdarda pul olan seyf oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, dekabrın 3-də Salamzadə küçəsində yaşayan Xəyal Verdizadənin mənzilindən açar seçmə yolu ilə içərisində 63 min manat və 37 min ABŞ dolları olan seyf oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Pərvanə Paşayeva dekabrın 4-də yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb.