...

Bakıda yaşayış binasında uçqun olub

Hadisə Materials 5 Dekabr 2011 15:20 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli çoxmənzilli yaşayış binasında uçqun olub
Bakıda yaşayış binasında uçqun olub

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli çoxmənzilli yaşayış binasında uçqun olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, binanın 1-ci mərtəbəsində uzunluğu, təxminən, 6 metr olan divar uçub, divarın dağıntıları giriş qapısına tökülüb, habelə yaxınlıqdan keçən qaz xəttini zədələyib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını uçqundan təmizləyib, 2 nəfər sakinə lazımi köməklik göstərib, habelə qaz xəttinin zədələnməsi ilə əlaqədar yaranmış qaz sızmasının qarşısının alınması məqsədi ilə zəruri tədbirlər görüblər.

Xəbər lenti

Xəbər lenti