...

Bakıda metro kartı almaq üçün saxta əskinaz verən şəxs tutulub

Hadisə Materials 6 Dekabr 2011 11:09 (UTC +04:00)
Bakıda metro kartı almaq üçün saxta əskinaz verən şəxs tutulub
Bakıda metro kartı almaq üçün saxta əskinaz verən şəxs tutulub

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda metro kartı almaq üçün saxta əskinaz verən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 4-ü saat 23:30 radələrində metronun "Nərimanov" stansiyasında Tovuz rayon sakini Seymur Hüseynov metro kartı almaq məqsədi ilə 100 manatlıq saxta əskinazı kassaya təqdim etdiyi üçün Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Onun üzərinə baxış zamanı əlavə olaraq bir ədəd 100 manatlıq saxta əskinaz aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti