...

Bakı-Sumqayıt yolunda "QAZ" markalı minik avtomobili "Daewoo" sərnişin avtobusu ilə toqquşub

Hadisə Materials 7 Dekabr 2011 13:09 (UTC +04:00)
Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt avtomobil yolunda "QAZ" markalı minik avtomobili və "Daewoo" markalı sərnişin avtobusu toqquşub.
Bakı-Sumqayıt yolunda "QAZ" markalı minik avtomobili "Daewoo" sərnişin avtobusu ilə toqquşub

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt avtomobil yolunda "QAZ" markalı minik avtomobili və "Daewoo" markalı sərnişin avtobusu toqquşub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən baş vermiş qəza nəticəsində hər iki nəqliyyat vasitəsi zədələnib, "QAZ" markalı minik avtomobilinin sərnişini xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti