...

Son iki gün ərzində 8 nəfər dəm qazından zəhərlənib

Hadisə Materials 8 Dekabr 2011 14:01 (UTC +04:00)
Son iki gün ərzində 8 nəfər dəm qazından zəhərlənib
Son iki gün ərzində 8 nəfər dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Son iki gün ərzində 8 nəfər dəm qazından zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, dekabrın 7-də Sumqayıt şəhər sakinləri Ziba Ağayeva, Yunis Yusubov, Əfsanə Məmmədəliyeva və qızı Aysu, Gəncə şəhər sakinləri Jalə Nəsibova, Cavad Bağırov dəm qazından zəhərləniblər.

Məlumata görə, dekabrın 8-də Novxanı bağlar yaşayış sahəsindəki evlərdən birində yaşayan Günay Allahverdiyeva, Sumqayıt şəhər sakini Sürəyya Həsənova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətiriliblər.

Xəbər lenti

Xəbər lenti