...

Bakıda cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində ölən və qaçan məhkumun şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 9 Dekabr 2011 10:14 (UTC +04:00)
Bakıda cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində ölən və qaçan məhkumun şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)
Bakıda cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində ölən və qaçan məhkumun şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 dekabr / Trend müxbir E.Mehdiyev/

Bakıda cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində bir nəfər ölüb, bir məhkum isə qaçıb.

Qaradağ rayon Prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, hadisə dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 2 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində baş verib.

Məhbuslar arasında yaranan münaqişə nəticəsində bir nəfər özünü öldürüb.

Daha bir məhkum isə müəssisədən qaçıb.

Qaradağ rayon Prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, həbsxanadan qaçan məhbus 1983-ci il təvəllüdlü Faiq Fuad oğlu Fərəcov, ölən şəxs isə 1988-ci il təvəllüdlü Fərid Cavid oğlu Dadaşovdur.

Xəbər lenti

Xəbər lenti