...

İsmayıllıda istehlakçıları aldadan yanacaqdoldurma məntəqəsinin rəhbərliyi barəsində cinayət işi başlanıb

Hadisə Materials 1 Mart 2012 13:08 (UTC +04:00)
İsmayıllıda istehlakçıları aldadan yanacaqdoldurma məntəqəsinin rəhbərliyi barəsində cinayət işi başlanıb.
İsmayıllıda istehlakçıları aldadan yanacaqdoldurma məntəqəsinin rəhbərliyi barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir K.Zərbalıyeva/

İsmayıllıda istehlakçıları aldadan yanacaqdoldurma məntəqəsinin rəhbərliyi barəsində cinayət işi başlanıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhəri ərazisindəki "Çaldaş" MMC-yə məxsus yanacaq doldurma məntəqəsində kolonkaların möhürlərinə müdaxilə edilməklə istehlakçıları çəkidə, qiymətdə və keyfiyyətdə aldadaraq onlara 752,3 manat, həmçinin istehlakçılara Aİ-93 markalı benzini Aİ-95 marka adı ilə sataraq aldatması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti