...

Bakı Metropoliteninin "Sahil" stansiyasından sərnişinlər çıxarılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 1 Mart 2012 15:29 (UTC +04:00)
Bir az əvvəl Bakı Metropoliteninin "Sahil" stansiyası bağlanıb.
Bakı Metropoliteninin "Sahil" stansiyasından sərnişinlər çıxarılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bir az əvvəl Bakı Metropoliteninin "Sahil" stansiyası bağlanıb.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, "İçərişəhər"dən "Sahil" istiqamətinə gələn hissədə texniki problem olduğundan, sərnişinləri metrodan çıxarıblar və stansiya bağlanıb.

Bakı Metropoliteninin "Sahil" stansiyasından isə Trend-ə bildiriblər ki, tuneldə işarəetmə sistemində problem yarandığından, qatarlar "Sahil" stansiyasına çata bilmirdi. Əvəzində "Dərnəgül" istiqamətinə gedirdi.

Hazırda vəziyyət normallaşıb, qatarların normal hərəkəti bərpa edilib.

Xəbər lenti

Xəbər lenti