...

Polşada 2 sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Hadisə Materials 4 Mart 2012 10:06 (UTC +04:00)
Şənbə günü axşam Polşada 2 sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Polşada 2 sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

Şənbə günü axşam Polşada 2 sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Trend xəbər verir ki, Polşa Sekoçin şəhəri yaxınlığındakı Krakov qəsəbəsində yerli vaxtla saat 21.00-də baş vermiş qəza nəticəsində yaralanan 60 nəfər yaxınlıqda yerləşən xəstəxanalarda yerləşdirilib.

Yaralananlar arasında 40 nəfərin ağır xəsarət aldığı bildirilir.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə 450 yanğınsöndürən, 100-ə yaxın polis işçisi, 35 təcili tibbi yardım maşını və 2 helikopter cəlb edilib.

Xəbər lenti

Xəbər lenti