...

Bakıda ofislərin birində 51 yaşlı kişi odlu silahla vurulub

Hadisə Materials 6 Mart 2012 14:51 (UTC +04:00)
Bakıda ofislərin birində 51 yaşlı kişi odlu silahla vurulub.
Bakıda ofislərin birində 51 yaşlı kişi odlu silahla vurulub

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ofislərin birində 51 yaşlı kişi odlu silahla vurulub.

Nəsimi rayon prokurorluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu gün günorta saatlarında Ceyhun Hacıbəyli küçəsində yerləşən ofisdə 1961-ci il təvəllüdlü Elşən Həsənov döş qəfəsindən güllə yarası alıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzin qəbul şöbəsindən Trend-ə bildirilib ki, yaralı reanimasiyadadır.

Hadisənin kim tərəfindən törədildiyi araşdırılır.

Xəbər lenti

Xəbər lenti