...

Azərbaycan kişilərinin 8 Mart "hədiyyəsi": qadınlar qətlə yetiriliblər

Hadisə Materials 7 Mart 2012 09:53 (UTC +04:00)
Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində iki qadın ərləri tərəfindən qətlə yetirilib.
Azərbaycan kişilərinin 8 Mart "hədiyyəsi": qadınlar qətlə yetiriliblər

Azərbaycan, Bakı, 7 mart /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində iki qadın ərləri tərəfindən qətlə yetirilib.

Ucar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 6-da Lək kəndi ərazisindəki fermada yaşayan, üç uşaq atası 1975-ci il təvəllüdlü İntiqam Musayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Turanə Musayevanın başından ov tufəngi ilə vuraraq qətlə yetirib.

Həmin gün Yevlaxın Havarlı kəndində yaşayan 1973-cü il təvəllüdlü Xəyyam Məhərrəmov qısqanclıq zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Xəyalə Məhərrəmovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hər iki fakt üzrə rayon prokurorluqlarında Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi bağlanıb.

Xəbər lenti

Xəbər lenti