...

Bakıda məhkum qardaşın görüşünə gələn qardaşlardan narkotik vasitə, silah götürülüb

Hadisə Materials 7 Mart 2012 10:08 (UTC +04:00)
Bakıda məhkumla görüşə gələn qardaşlardan narkotik vasitə, soyuq və odlu silahlar götürülüb.
Bakıda məhkum qardaşın görüşünə gələn qardaşlardan narkotik vasitə, silah götürülüb

Azərbaycan, Bakı, 7 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda məhkumla görüşə gələn qardaşlardan narkotik vasitə, soyuq və odlu silahlar götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü və Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Əliyev prospektində yerləşən Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən Rasim Ramazanovun görüşünə gəlmiş qardaşları, əvvəllər məhkum olunmuşlar Osman və Sahibin üzərindən və avtomobildən silah və narkotik vasitə aşkar edilib.

Xətai Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə axtarışda olan Osmandan 0,501 qram heroin, bıçaq və mənzil qapısını açmaq üçün xüsusi vasitələr, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi tərəfindən oğurluq maddəsi ilə axtarışda olan Sahibin üzərindən 0,650 qram heroin və bıçaq, ona məxsus "VAZ-21015" markalı avtomobildən isə 1 qramdan artıq heroin, 2 ədəd bıçaq, pnevmatik tarança və mənzil qapısını açmaq üçün 12 ədəd xüsusi alət aşkar edilib.

Bundan başqa tanışları Seyfulla Qafarovdan 0,462 qram, Qulu Əhmədovdan isə 0,403 qram heroin götürülüb.

Araşdırmalar nəticəsində onlara narkotik vasitəni satan, Zərdabi küçəsində yaşayan Ülvi İsmayılov yaxalanıb və onun evindən 20 qramdan artıq heroin aşkar olunub.

Xəbər lenti

Xəbər lenti