...

İranın Hərbi Dəniz Qüvvələri Somali piratlarının neft tankerinə hücumunun qarşısını alıb

Hadisə Materials 11 Mart 2012 10:24 (UTC +04:00)
İranın Hərbi Dəniz Qüvvələri Aden Körfəzində Somali piratlarının İranın neft tankerinə hücumunun qarşısını alıb.
İranın Hərbi Dəniz Qüvvələri Somali piratlarının neft tankerinə hücumunun qarşısını alıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir S.İsayev, D.Xatınoğlu/

İranın Hərbi Dəniz Qüvvələri Aden Körfəzində Somali piratlarının İranın neft tankerinə hücumunun qarşısını alıb.

Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, hərbi dənizçilər tankerə kömək etmək üçün hadisə yerinə vaxtında yetişiblər. Daha sonra tanker təyinatı üzrə hərəkətini davam etdirib.

İran donanması artıq 2008-ci ilin noyabr ayından, yəni İran tərəfindən icarəyə götürülmüş "MV Delight" gəmisinin Yəmən sahillərində Somali piratları tərəfindən ələ keçirildiyi vaxtdan bəri Aden Körfəzində qoruq çəkir.

Xəbər lenti

Xəbər lenti