...

Bakıda 52 mindən artıq sürücü inzibati qaydada cəzalandırılıb

Hadisə Materials 12 Mart 2012 12:33 (UTC +04:00)
Bakıda bu il martın 10-dək 52 419 sürücü inzibati qaydada cəzalandırılıb.
Bakıda 52 mindən artıq sürücü inzibati qaydada cəzalandırılıb

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda bu il martın 10-dək 52 419 sürücü inzibati qaydada cəzalandırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, cəzalanan sürücülərdən 701-i avtomobili sərxoş, 80-i dövlət nömrə nişansız, 985-i sürücülük vəsiqəsi olmadan, 312-si yüksək sürətlə idarə etdiyi üçün inzibati məsuliyyətə cəlb edilib.

Yol ayrıcı keçmə qaydalarını pozan 5140, işıqforun qırmızı işığında keçən 2031, polisin qanuni saxlama əmrinə tabe olmayan 358, qəza şəraiti yaradan 308, ötmə-manevr qaydalarını pozan 242 sürücü inzibati qaydada cəzalanıb.

Ötən müddətdə 74 avtoxuliqan saxlanılıb və cəzalandırılıb.

Martın 10-dək 290 piyada inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Xəbər lenti

Xəbər lenti